USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qaz hasilatı artıb

20.11.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 31 216,2 min ton xam neft hasil edilib.

"Kommersant.az" xəbər verir ki, bu həcmin 31 141,1 min tonu əmtəəlik xam neft olub.

Xam neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% azalıb.

Hesabat dövründə ölkədə 28 952,3 mln. kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövründən 15,9% çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 19 925,2 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 27,8% çoxdur. (Report.Az)