USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azəristiliktəchizat" “Azəriqaz”a olan borcunu ödəmir

28.11.2019 İqtisadiyyat
0 0
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti aldığı qaza görə "Azəriqaz" İstehsalat Birliyinə (İB) olan 29 milyon manat borcu hələ ödəməyib.

"Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, borc məbləği hələ də qalmaqdadır: "Borc hələ ödənilməyib. Sadəcə olaraq biz əhalinin istilik sistemi ilə təmin edilməsi üçün yenidən qazın açılışını bərpa etdik. "Azəistiliktəchizat" iddia edir ki, əhaliyə istilik sisteminin verilməsində qiymət ucuz olduğu üçün onlar həmin məbləği ödəyə bilmirlər. Yəni onlar əhalidən istilik sisteminə görə ödənişləri alır, amma bu, qazın ödənişinə çatmır. İndiyə qədər bizdən aldığı borcun 30 faizini ödəyə bilməyib. Biz isə aldığımız qazın məbləğini Azərbaycan Dövlət Neft Şirkətinin digər qurumuna tam ödəyirik. Bizim ödəmələr tam şəkildə həyata keçir". (Trend)

  • Əvvəlki

    Azərbaycana 250 mln. dollar kredit ayrılacaq

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0