USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda neft məhsullarının istehsalı artıb

18.02.2020 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 272,6 mln. manat təşkil edib.

"Kommersant.az"ın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi xəbərə görə, bu məbləğ əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,3% çoxdur.

Ötən ay Azərbaycanda 121,9 min ton avtomobil benzini, 203,1 min ton dizel yanacağı istehsal edilib ki, avtomobil benzini istehsalı 2019-cu ilin yanvar ayından 15,3%, dizel yanacağı istehsalı 21,5% artıb.

Hesabat dövründə 55,2 min ton ağ neft, 12 min ton yanacaq mazutu, 4,1 min ton sürtkü yağları, 14,7 min ton neft bitumu istehsal olunub.

Ağ neftin istehsalı 12,7%, yanacaq mazutunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 2,2 dəfə, neft bitumunun istehsalı 2,5 dəfə artıb.

Ötən ay neft-kimya sənayesində istifadə üçün benzin istehsalında və neft koksunun istehsalında azalma qeydə alınıb. Belə ki, yanvar ayında 23,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 20,8 min ton neft koksu istehsal edilib.

Neft koksunun istehsalı 1,4%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 10,1% azalıb.