USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti rekord həddə ucuzlaşır

07.03.2020 İqtisadiyyat
0 0
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 19:10-da 1 barelə görə 46,12 dollar təşkil edib.

"Kommersant.az" xəbər verir ki, sonuncu dəfə "Brent" markalı neftinin qiymətinin 47 dollardan aşağı olması 2017-ci ilin iyul 11-də qeydə alınmışdı.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 42,52 dollar olub.