USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda işıqpulu limiti artırıldı

01.04.2020 İqtisadiyyat
0 0
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır.

"Kommersant.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb.

Elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır.

  • Əvvəlki

    SON DƏQİQƏ! Əhaliyə ediləcək köməklə bağlı Nazirlik siyahını - AÇIQLADI

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0