USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda son üç ayda avtomobil benzininin istehsalı 13,5 faiz artıb

22.04.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816,0 milyon manat olub.

"Kommersant.az"-ın məlumatına görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə istehsalın ümumi dəyəri 9,6 faiz artıb.

Neft məhsullarından yanacaq mazutunun istehsalı 53,3 faiz, neft bitumunun istehsalı 38,6 faiz, sürtkü yağlarının istehsalı 30,6 faiz, avtomobil benzininin istehsalı 13,5 faiz, dizel yanacağının istehsalı 8,6 faiz artıb.

Neft koksunun istehsalı 2,9 faiz, ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9 faiz azalıb.

  • Əvvəlki

    ÜST: Dünyada koronavirusa yoluxanların sayı 83 mindən çox artıb

Digər xəbərlər