USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərişıq" smart-kart balansının yüklənməsində yeni üsula aydınlıq gətirib

29.04.2020 İqtisadiyyat
0 0
Bu ilin iyun ayından başlayaraq "Azərişıq” ASC-nin abunəçiləri sayğacların smart-kartının balansını mobil qurğu vasitəsilə yükləyə biləcəklər.

Bu barədə ASC-dən bildiriblər.

Qeyd olunub ki, smart-kartın doldurulması üçün abunəçilərə "card reader" (xüsusi kart oxuyucusu) laızm olacaq. Bu qurğu vasitəsilə balansı təkcə mobil qurğularla deyil, həm də kompüterlə artırmaq mümkün olacaq.

Şirkətdən bildiriblər ki, yaxın zamanlarda ASC-nin yeni mobil tətbiqi vasitəsilə digər ödəmələrin də həyata keçirilməsi imkanı yaranacaq:

"Abunəçilər öz telefon nömrələrini "Azərişıq" ASC-nin mobil tətbiqində qeydiyyatdan keçirə və NFC sistemi vasitəsilə ödəmələr edə biləcəklər. Bu zaman vəsait mobil nömrənin balansından çıxılacaq".

  • Əvvəlki

    Heydər Əliyev Fondu 200 min ailəyə ərzaq sovqatı çatdıracaq - VİDEO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0