USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhaliyə işıqla bağlı MÜRACİƏT - SON DƏQİQƏ

10.05.2020 İqtisadiyyat
0 0
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

V.Aydınoğlunun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika ayrılıb:

"Ötən gecədən başlayaraq güclü küləklə müşaiyət olunan yağışlı hava "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu,"Bakı" RETSİ-nin ərazisində olan Abşeron rayonu ərazisində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb.

Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb.

İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı kəsinti ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar".

  • Əvvəlki

    Aslan İsmayılovdan İradə Gülməmmədova ilə bağlı - SENSASİON AÇIQLAMA

Digər xəbərlər