USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti rekord həddə

27.08.2020 İqtisadiyyat
0 0
Bu gün Nyu-York Əmtəə Birjasında (NYCE) keçirilən hərracda WTI markalı neft 0,35 ABŞ dolları bahalaşaraq 43,7 ABŞ dollarına, ehtiyatlar barədə məlumat veriləndən sonra isə 6 mart tarixindən sonra ilk dəfə 43,77 ABŞ dollarınadək bahalaşıb.

Həmçinin Londonun İCE birjasında "Brent" markalı neft 0,16 ABŞ dolları bahalaşaraq 46,02 ABŞ dollarına satılıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində razılaşma baş tutmadığına görə mart ayının əvvəlində dünya bazarında neftin qiymətləri 30 faiz azalmışdı.

report