USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neftin qiymətinin dəyişməsi dövlət büdcəsinə təkrar baxmaq zərurəti yaradır"

22.06.2018 İqtisadiyyat
0 0
"Dünya bazarlarında neftin qiymətinin dəyişməsi səbəbindən dövlət büdcəsinə təkrar baxmaq zərurəti yaranır".

Bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Təbii resurslarla zəngin olan ölkələr üçün həmin resursun qiymətində mümkün volatillik büdcənin planlaşdırılması və icrasına təsirsiz ötüşmür. Azərbaycan Respublikasında da neft amili iqtisadi sistemdə böyük təsirə malikdir. Dünya bazarlarında neftin qiymətinin dəyişməsi səbəbindən dövlət büdcəsinə təkrar baxmaq zərurəti yaranır. Cari ilin may ayının ortasında 2014-cü ilin noyabr ayından etibarən neftin qiyməti ilk dəfə 80 ABŞ dollarına çatıb, 2018-ci ilin ötən aylarında 1 barrel neftin dünya bazarlarında qiyməti 60 ABŞ dollarından aşağı olmayıb. Ölkədə makrofiskal bazanın gücləndirilməsi dövlət maliyyəsi sahəsində aparılan islahatların hədəfləri ilə üst-üstə düşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu amillər 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması üçün əsas iqtisadi şəraiti formalaşdırıb. Cari ildə iqtisadiyyatı təbii resursdan asılı olan bir neçə ölkədə də dövlət büdcəsinə əlavə və dəyişikliklər edilib. Qeyd edim ki, Qazaxıstan Respublikası, Rusiya Federasiyası da artıq bu dəyişikliklər barədə qərar qəbul edib",- o deyib.

  • Əvvəlki

    Rus qadınlardan "fast food" nəhənginin reklamına böyük reaksiya

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0