USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti ilə bağlı - MÜHÜM AÇIQLAMA

29.12.2020 İqtisadiyyat
0 0
Başa çatmaqda olan ildə qlobal neft bazarı xüsusi təlatümlər ilə yadda qaldı. Bu ilin geridə qalan aylarında Brent markalı neftin bir barelinin orta qiyməti 40 dollardan bir az baha olub. Qeyd edim ki, bu rəqəm 2019-cu ildə hər bareldə orta hesabla 64 dollar, 2018-ci ildə isə 71 dollar olmuşdu. Göründüyü kimi, bu il neft bazarı üçün heç də xoş keçmədi. Bununla yanaşı, artıq bir barel neftin qiyməti 50 dollardan baha satılır.

Neft bazarında volatilliyin yüksək olmasına rəğmən investorlar 2021-ci ilə nikbin baxırlar. Əvəlla, gələn il qlobal vaksinasiya ilə bağlı gözləntilər və növbəti ilin ortalarına doğru pandemiyanın səngiyəcəyi ilə bağlı ümidlər neft bazarına canlanma gətirə bilər. Bu bir sıra sektorlarda xüsusən də nəqliyyat sferasında neftə tələbatı artıra bilər. İkincisi, OPEK + gələn ildə də hasilat ilə bağlı konservativ siyasətini davam etdirmək niyyətindir. Bu o deməkdir ki, gələn il bazara çıxarılacaq neftin həcminin kəskin artacağı hələlik planlaşdırılmır. Tələbin yüksələcəyi halda bu neft bazarında qiymət artımlarına səbəb olacaq. Üçüncüsü, ABŞ gələn il böyük həcmli iqtisadi dəstək paketini reallaşdırmağı qərarlaşdırıb. Oxşar paketlər Avropa Birliyində də gözlənilir. Bu isə real sektorda canlanmaya səbəb ola və neftə tələbi artıra bilər. Nəhayət, gələn il ticarət savaşlarının da yumşalacağı gözlənilir ki, bu qlobal iqtisadiyyat üçün yeni stimul verə bilər.

Bütövlükdə, neft hasilatçıları bu ildən fərqli olaraq 2021-ci ilə daha nikbin baxırlar. Gələn il qlobal və milli səviyyələrdə iqtisadi aktivliyin daha yüksək olacağı da gözləniləndir.

Vüqar Bayramov

Milli Məclisin deputatı

  • Əvvəlki

    Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişi imzalanır

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0