USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC+ çərçivəsində hasilata dair razılıq əldə edilmədi

04.03.2021 İqtisadiyyat
0 0
OPEС+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində növbəti iclasında aprel ayında neft hasilatının həcminə dair hökumətlərə hər hansı tövsiyələr qəbul olunmayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, OPEC-dəki mənbələrin dediyinə görə, yekdil qərarın verilmədiyi iclasda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman öz təklifini martın 4-də keçiriləcək nazirlərin görüşü zamanı açıqlaya biləcəyini bildirib.

Qeyd edək ki, martın 4-də OPEC+ formatının iştirakçısı olan 23 ölkənin nazirləri arasında keçiriləcək görüş zamanı aprel ayında neft hasilatının həcminə dair qərarların veriləcəyi gözlənilir. Bu cür qərarlar adətən 8 ölkənin nümayəndələrinin təmsil olunduğu Monitorinq Komitəsinin tövsiyələri əsasında çıxarılsa da, nazirlər arasında ziddiyyətlər yarandığı zaman həmin qərar ümumi görüşdə aparılan danışıqlarda verilir.

  • Əvvəlki

    Bu bazarlar araşdırılacaq - KOBİA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0