USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Energetika naziri: “Bütün strateji obyektlər elektrik enerjisi ilə təmin olunub”

03.07.2018 İqtisadiyyat
0 0
“Elektrik enerjisi olmayan yerlərdə də yaxın saatlarda problem aradan qalxacaq”

Azərbaycanda bütün strateji əhəmiyyətli obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub". "Kommersant" xəbər verir ki, bunu REAL-a açıqlamasında emergetika naziri Pərviz Şahbazov məlumat verib.

Onun sözlərinə görə, elektrik kəsintisi ilə bağlı problemin aradan qaldırılması üzrə işlər davam etdirilir və yaxın saatlarda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat tam həyata keçiriləcək.