“Azərenerji”: Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq

03.07.2018 Energetika
"Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin fəaliyyətini dayandırmış enerji blokundan biri təlimata uyğun olaraq işə düşüb".

"Kommersant" xəbər verir ki, bunu Apa-ya açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. Onun sözlərinə görə, ikinci enerji blokunun fəaliyyətə başlaması üçün start vəziyyətinə gətirilib.

"Ölkənin elektrik enerjisi ilə təchizatı 90 faiz bərpa edilib. Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq", - deyə Y.Babanlı vurğulayıb.

Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

  • Əvvəlki

    55 dərəcəyə hesablanan İES 45 dərəcəyə niyə dözmədi? - RƏY

Digər xəbərlər

25.06.2019 Energetika
Neft ucuzlaşdı
0 0
24.06.2019 Energetika
İşığa qoyulan limit artırılır
0 0
19.06.2019 Energetika
Neft bahalaşdı
0 0
18.06.2019 Energetika
Neft ucuzlaşdı
0 0
VTB