USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəristiliktəchizat”da zərər artır

06.07.2018 İqtisadiyyat
0 0
2017-ci ildə “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri 18 milyon 824 min manat da artaraq 136 milyon 108 min manata çatıb. 2016-cı ilin sonunda ASC-nin 117 milyon 283 min manat yığılmış zərər var idi. Bu artım, ASC-nin ötən ili zərər ilə başa vurduğuna işarədir.

"Kommersant" xəbər verir ki, "Azəristiliktəchizat" maliyyə hesabatını "Mənfəət və zərər" hesabatı olmadan dərc etdirib.

Ötən il "Azəristiliktəchizat"ın nizamanmə kapitalı 19 milyon 266 min manatdan 136 milyon 684 min manata artırılsa da, 136 milyon 108 min manat yığılmış zərər nizamnamə kapitalının böyük bir hissəsini silib. Eyni zamanda, ASC-nin 83 milyon 131 min manat kapital ehtiyatları olub. Ötən ilin sonunda ASC-nin cəmi kapitalı 83 milyon 709 min manat təşkil edib.

Ötən il ASC-nin aktivləri azalaraq 2016-cı ilin sonundakı 191 milyon 211 min manatdan 182 milyon 287 min manata düşüb. "Azəristiliktəchizat"ın yığılmış zərəri aktivlərinin 75%-nə bərabərdir.

  • Əvvəlki

    AMB-nin valyuta məzənnələri

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0