İlin I yarısında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü azalıb

01.08.2018 Energetika
2018-ci ilin I yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 259 mln. ABŞ dolları sərf olunub.

“Kommersant.az” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu məbləğin təqribən 18 mln. dolları əməliyyat xərcləri və 241 mln. dollar əsaslı xərclər olub.
6 ay ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21 mln.kubmetr qaz olub. Bu həcm isə ötən ilin müvafiq dövründən 2% azdır.
Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.
"CQBK" şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.