USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə elektrik istehsalında təbii qazın payı rekord həddə düşüb

21.05.2018 İqtisadiyyat
0 0
Türkiyənin elektrik istehsalı profili ötən həftə tarixi bir prosesdən keçib.

"Kommersant.az" xəbər verir ki, həftənin əvvəlində elektrik istehsalında təbii qazın payı bütün dövrlərin rekordunu təzələyib və gündəlik bazada 21%-ə qədər düşüb. Türkiyədə ümumi elektrik istehsalının yarısına yaxın hissəsinin təbii qazdan istehsal edildiyi zamanlar da olub. İdxal edilən kömürün payı isə 22%-ə qədər artıb. Energetika mütəxəssisləri idxal edilən kömürlə işləyən stansiyaların daha yüksək həcmlə istehsala daxil olduğunu bildirirlər.

"Habertürk"ün məlumatına görə, anbarlara, "son 44 ilin ən quraq ili" kimi qiymətləndirilən ötən 2017-ci ilin ilk 5 ayında 26 milyard 699 milyon kubmetr su gəlib. Bu il də vəziyyət dəyişməyib. 1 yanvar və 13 may tarixləri arasında anbarlara 25 milyard 317 milyon kubmetr su gəlib. Sabiq TEDAŞ (Türkiyə Elektrikpaylayıcı Ananonim Şirkəti) müdiri Osman Nuri Doğan, dövrü bazada da olsa elektrik istehsalında təbii qazın payının ilk dəfə bu cür gerilədiyini bildirib.

"Bu sadəcə Qurban, ya da Ramazan bayramlarındakı uzun tətillərdə istehlak düşən zaman görülən bir nisbət idi. Təbii qazın payının bu nisbətdə düşməsi diqqət çəkicidir", - O.N.Doğan deyib.

Təbii qaz düşərkən idxal edilən kömürlə elektrik istehsalında əhəmiyyətli dərəcədə artım yaşanıb. Belə ki, idxal edilən kömürün elektrik istehsalındakı payı 22%-ə qədər artıb. Yerli kömürün payı da 16% olub. Həftənin əvvəlində anbarlardan elektrik istehsalı 20%, axarsu tipli stansiyalardan istehsal isə 11% olub.

Onu da bildirək ki, Energetika və təbii qaynaqlar naziri Berat Albayrak tez-tez yerli qaynaqlar başda olmaqla alternativlərdən istifadə edərək idxal olunan təbii qazın elektrik istehsalındakı payını azaltmaq strategiyasına işarə edib.

Gələn il sıxıntı yaşamamaq üçün iyul ayından etibarən 2017-ci ildəki kimi quraq keçən anbarlarda su saxlanılaraq elektrik istehsalı üçün istifadə edilməsi, qazın payının isə artırılması gözlənilir.

  • Əvvəlki

    Bərdədə 14 min hektardan çox sahədə yazlıq səpin aparılıb

Digər xəbərlər