USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avstriyanın enerji şirkəti İranla işləməyə davam edəcək

23.05.2018 İqtisadiyyat
0 0
Avstriyanın dünyaca məşhur “OMV” enerji qrupu İranla birlikdə işləməyə davam edəcək

"Kommersant.az" xəbər verir ki, ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasına baxmayaraq şirkət İranla əməkdaşlığı davam etdirəcək.

"OMV" hələlik İrana heç bir investisiya yatırmadığını da açıqlayıb.

ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmasından sonra İranda biznesi olan şirkətlər Vaşinqtonun sanksiyaları ilə üzləşir.

Avropa isə ABŞ-ın müqaviləni tərk etməsindən sonra İranda biznesi olan şirkətlərini müdafiə edəcəyini bildirmişdi.