USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanından OPEC görüşüilə bağlı mühüm açıqlama

17.06.2019 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih, OPEC və ortaqlarının ehtimalla İyul ayının ilk həftəsində keçiriləcək yığıncaqda hasilatın azaldılmasını ilin ikinci yarısına uzatmaq barədə razılaşacaqlarına ümid etdiyini söyləyib.

"Kommersant.az" xəbər verir ki, Xalid əl-Falih mətbuat mənsublarına verdiyi açıqlamasında, "Viyanada iki həftə ərzində təşkil edəcəyimiz yığıncaqda razılaşmamızı uzatmaq barədə bir fikirə gələcəyimizi ümid edirik" deyib.

Səudiyyəli nazir, "Qrup ehtimalla İyulun ilk həftəsində toplanacaq və bazarın təkrar sabitləşməsini təmin edəcək", -əlavə edib.

Əl-Falihin verdiyi açıqlamaya görə, qrupun lideri Səudiyyə Ərəbistanı qlobal neft bazarlarını 2020-ci ildən əvvəl balanslaşdırmaq (tələb və təklifi bərabərləşdirmək) istəyir. Əl-Falih, ilin ikinci yarısında tələbin mövsümi artmasının və neftayırma zavodlarının texniki qulluqdan sonra təkrar fəaliyyətə başlamalarının istehsal və istehlakın eyni xəttə gəlməsinə kömək olacağını sözlərinə əlavə edib.

Ə-Falih, "Təməl göstəricilərin dorğu istiqamətdə irəlilədiyinə güvənim tamdır" deyib.

Səudiyyəli nazirin bu açıqlamaları, Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal neft təklifinin gələn il tələbdən daha çox artacağı proqnozunu verməsindən və bunun da Neft İxrac edən Ölkələr Birliyi (OPEC) üzərindəki təzyiqi daha da artıracağını açıqlamasından sonraya təsadüf edir. Beynəlxalq Enerji Agentliyinə görə, neft tələbindəki artım 2020-ci ildə gündəlik 1.4 milyon barelə yüksələcək, ancaq bu miqdar, ABŞ-da şist nefti istehsalında davam edən güclü artım ilə bərabər Braziliya, Norveç və Kanadadakı yeni sahələrin işə düşməsilə istehsaldakı gündəlik 2.3 milyon barellik artımdan geri qalacaq.

Marja.az