USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neft qiymətləri bu il 60-70 dollar aralığında dəyişəcək"

03.08.2019 İqtisadiyyat
0 0
Qlobal informasiya provayderi "IHS Markit"in neft analitiki Spenser Welch neftə dair qiymət gözləntisini açıqlayıb. Welch neft qiymətlərinin bu il 60 - 70 dollar arasında olacağını proqnozlaşdırır.

ABŞ ilə Çin ticarət müharibələrində yeni gömrük tarifləri olacağı narahatlıqları ilə dünən qiymətlər kəskin şəkildə aşağı düşmüşdü.

Yanvar ayından bu yana qiymətlərin 60 - 70 dollar aralığında və daha balanslı hərəkət etdiyini bildirən Spenser Welch, qlobal iqtisadiyyatın zəif olduğunu, bunun da qiymətləri aşağıda saxladığını qeyd edib.

Qiymət proqnozunu açıqlayan Welch, "Bir qədər yüksəlməsini gözləyirik.Neftə yüksək tələbatın olduğu bir dövrdəyik. OPEC və tərəfdaşları hasilatlarını azaltmaqda davam edirlər. Qiymətlər 60 - 70 dollar arasında hərəkət edəcəkdir",- deyib.

İran məsələsindəki gərginliyin qiymətlərdə artıma səbəb olduğunu bildirən mütəxəssis "Körfəzdəki proseslər narahatvericidir. Gərginliklər səbəbilə də qiymətlərdə mülayim artım ola bilər" şəklində danışıb.

Cümə axşamı günü ABŞ Prezidenti Donald Tramp Çinə əlavə gömrük tarifi tətbiq edəcəyini bildirib. Bu xəbər qlobal inkişafın zəifləyəcəyi və neftə tələbin azalacağı xofunu artırıb. Xam neft qiymətləri narahatlıqların artırması ilə 4 ilin ən böyük ucuzlaşamsını qeyd edib. ABŞ xam neftin barrel qiyməti 7.9% ucuzlaşaraq 53.95 dollara geriləmişdi. Brent neftin barrel qiyməti də 6%-dən çox dəyər itirərək 60.67 dollara enmişdi.

  • Əvvəlki

    "Salaam Cinema"nın yerləşdiyi bina memarlıq abidələri siyahısına salındı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0