USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın xam neft ehtiyatları azalıb

22.08.2019 İqtisadiyyat
0 0
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 2,7 milyon barel (0,6%) azalaraq 437,8 milyon barelə gerilədiyini açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, proqnoz, ehtiyatların 1,9 milyon barel azalacağı istiqamətində idi.

Xam neft ehtiyatları bir əvvəlki həftə 1,6 milyon barel artım qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə dəyişiklik göstərməyib və 644,8 milyon bareldə qalıb.

ABŞ-ın benzin ehtiyatları keçən həftə 0,3 milyon barel artımla 234,1 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 1,4 milyon barel azalmışdı.

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 497 min barel azalma ilə 7,21 milyon barelə geriləyib, ixracı isə gündəlik ortalama 120 min barel artımla 2,80 milyon barelə yüksəlib.

10-16 Avqust həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik təxminən 12,3 milyon barel səviyyəsində reallaşıb. (Marja)

  • Əvvəlki

    “Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0