USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft daha da ucuzlaşır

16.04.2020 İqtisadiyyat
0 0
Neft qiymətləri, Beynəlxalq Enerji Agentliyinin (IEA) tələbdə bu il rekord azalma gözlədiyini açıqlamasının ardından kəskin düşüb. ABŞ xam neftinin qiyməti 20 dollardan da aşağı enib.

OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarına baxmayaraq neft qiymətləri düşür. Səbəb koronavirusa görə neftə tələbin daha çox azalmasıdır.

"Kommersant.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 19:30-da Brent nefti 8,4% ucuzlaşma ilə 27,29 dollardan alıcı tapıb. Dünən neftin qiyməti 30 dollardan aşağı düşmüşdü.

ABŞ xam nefti isə 3.1% də ucuzlaşaraq 19.49 dollara geriləyib.

OPEC + koalisiyasının May ayından etibarən başlayacaq gündəlik 9.7 milyon barellik istehsal azaltması tarixin ən böyük hasilat azaldılması olsa da bu miqdar koronavirus səbəbindən tələbdə meydana gələn azalmadan çox aşağıdır. Dünyanın qabaqcıl neft ticarəti şirkətlərindən Vitol Group tələbin bu ay gündəlik 30 milyon barel düşməsini gözləyir.

Neft qiymətləri, Beynəlxalq Enerji Agentliyinin (IEA) tələbdə bu il rekord azalma gözlədiyini açıqlamasının ardından kəskin düşüb. IEA, neft tələbinin Apreldə gündəlik 29 milyon barel, 2020-ci ildə isə gündəlik 9 milyon barel azalacağını və bunun nəticəsində 10 ildir davam edən istehlak artımının ortadan qalxacağını qeyd edib.

Beynəlxalq Enerji Agentliyinin hesabatında OPEC+ koalisiyasının razılaşdığı neft azaltmasına baxmayaraq təklif artıqlığının anbarları tam doldura biləcəyi qeyd edilib.