USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BP hibrid istiqrazlar hesabına 12 mlrd. dollar cəlb edib

18.06.2020 İqtisadiyyat
0 0
BP şirkəti özündə səhmlər və istiqrazların funksiyalarını birləşdirən hibrid (konvertasiya olunan) qiymətli kağızların yerləşdirilməsi yolu ilə 12 mlrd. ABŞ dolları cəlb edib.

"The Financial Times"-ın verdiyi məlumata görə, sözügedən sövdələşmə bu tip qiymətli kağızların ən böyük satışlarından biri olub.

"BP əvvəllər hibrid qiymətli kağızlar emissiya etməmişdi, lakin hazırda bütün bazarlarda eyni anda bazarlara çıxır. Bu alət BP şirkətinə koronavirus pandemiyasının yaratdığı böhrandan sonra tarazlığı bərpa etməyə kömək edəcək", - deyə "Citigroup"un borc kapitalı bazarlarının direktoru Kolm Reyni bildirib.

Apa

  • Əvvəlki

    Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni proqramlar komissiyaya təqdim edilib - RƏSMİ

Digər xəbərlər