USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-İtaliya görüşü keçirilib

31.07.2018 İqtisadiyyat
0 0
Ölkələr TAP layihəsini müzakirə ediblər.

"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Trump və İtaliya Baş naziri Giuseppe Comte arasında keçirilən görüşdə Trans Adriatik Boru Kəməri (TAP) layihəsi əsas müzakirə mövzusu olub. Trump mətbuat konfransı zamanı layihənin enerji resurslarının İtaliya və Cənubi Avropa ölkələrinin təchizatını təmin etmək məqsədilə həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, görüşdən əvvəl İtaliyanın Ekologiya naziri sözügedən layihənin ətraf mühit üçün təhlükəli olduğunu və İtaliya üçün heç bir əhəmiyyət daşımadığını açıqlamışdı.