Qarabağ Azərbaycandır!

Trump OPEC-i soyğunçu adlandırdı

26.09.2018 Energetika
ABŞ hökuməti OPEC-in fəaliyyətini dəstəkləmir.

“Kommersant.az” xəbər verir ki, ABŞ prezidenti Donald Trump ötən gün çıxışı zamanı OPEC-in fəaliyyətini bəyənmədiyini bildirib. O, sözlərində OPEC və ona üzv ölkələrin hər zamankı kimi digərlərini soyduğunu ifadə edib. Trump buna görə OPEC-i bəyənmədiyini və hər kəsdən də eyni münasibəti gözlədiyini bildirib.

Trump, fikrini ABŞ-ın qarşılıqsız yardım etdiyi dövlətləri OPEC-in neftə yüksək qiymət qoyaraq soyması faktı ilə əsaslandırıb. O bildirib ki, bu, qəbuledilməzdir.