Rusiya bu ölkəyə benzin satmayacaq

12.10.2018 Energetika
Rusiya Belarusa benzin satışını 2019-cu ilin sonunadək dayandıracaq.

"Kommersant.az" xəbər verir ki, qadağa eyni zamanda Belarusun sərbəst şəkildə istehsal edə biləcəyi neft məhsullarına da şamil ediləcək. Prosesə bu ilin noyabrından etibarən başlanılacaq. Lakin Rusiya Belarusa, orada istehsal olunması mümkün olmayan neftkimya zavodlarının məhsullarının ixracını davam etdirəcək.

Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, bu addım planlaşdırılmış göstəricilərə uyğun olaraq, büdcə gəlirlərinin nisbətini qorumaq üçün nəzərdə tutulub.