Sabah qızıl və gümüş almaq istəyənlər - OXUSUN

12.04.2019 Birja
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

"Kommersant.az"-in məlumatına görə, aprelin 12-də qızılın qiyməti aprelin 11-i ilə müqayisədə 24,463 manat azalaraq 1 unsiya üçün 2197,9555 manat təşkil edib.

Gümüş 0,4093 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4731 manata bərabər olub.

Platinin qiyməti 20,604 manat azalaraq 1519,97 manat, palladiumun qiyməti isə 28,1945 manat azalaraq 2334,6015 manat təşkil edib.

Ad

12.04.2019

11.04.2019

Qızıl

XAU

2197,9555

2222,4185

Gümüş

XAG

25,4731

25,8824

Platin

XPT

1519,97

1540,574

Palladium

XPD

2334,6015

2362,796

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.