"Türk Lirəsi 12 ayda 15 faiz ucuzlaşa bilər"

29.04.2019 Birja
Qlobal investisiya bankı "Goldman Sachs Group Inc", Türk Lirəsinin (TL) növbəti 12 aylıq dövrdə ABŞ Dolları qarşısında 15% dəyər itirəcəyi proqnozunu verib.

"Kommersant.az" xəbər verir ki, "Goldman", Türkiyə Mərkəzi Bankının (TCMB) Türk Lirəsinə dəstəyi gücləndirməkdən uzaq qərarları ilə, yəqin ki, Lirənin sonuncu dəfə 2018-ci ilin ortasındakı böhran zamanı görülən səviyyələrə (1 Dollar 7 lirəni keçmişdi) gəlməsinə səbəb olacağını bildirib.

"Goldman" strateqləri, "Mərkəzi Bankın keçən həftəki toplantıdan sonra açıqlamasından "ehtiyac olduğu halda əlavə sərt tədbirlərə gediləcəyi" ifadəsini çıxarması həm faiz endirimə, həm də pul vahidinin daha da dəyər itirməsinə qapı açıb" - qeyd ediblər.

"Goldman"a görə, Dollar qarşıdakı altı ayda 6.5 TL və 12 ayda isə 7 TL səviyyəsinə qalxa bilər. Beləliklə "Goldman", növbəti 1 illik dövrdə Türk Lirəsinin 15 faiz dəyər itirəcəyi proqnozunu verib.

Dollar/TL məzənnə Bazar ertəsi günü saat 09:40-da 5.95 lirə səviyyələrində olub.

"Goldman" iqtisadçıları, "Faizlər, valyuta əmanətlərinin artımından göründüyü kimi, Türk Lirəsinə etimadın yenidən bərpa edilməsinə yetəcək qədər yüksək deyil" - qeyd ediblər.

"Goldman" iqtisadçıları, "TCMB-nin TL-ni sabitləşdirmək üçün addım atması lazım olacaq. Əmanətçilərin, əmanətlərində Türk Lirəsinin payını artırmaqda maraqlı olmaları üçün daha çox "risk mükafatına" (əlavə faizə) ehtiyac duyacaqlar",- əlavə ediblər.

İqtisadçılar, aşağı səviyyədə və düşən valyuta ehtiyatlarının yəqin ki, TL-yə etimadı daha da azaldacığını sözlərinə əlavə ediblər.

Marja.az

  • Əvvəlki

    Ekspert: “Otelçilik biznesi üçün xüsusi vergi rejimi tətbiq olunması prosesə təsir edər”

Digər xəbərlər

VTB