Neft Fondu valyuta satışını azaltdı

03.06.2019 Birja
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
"Kommersant.az" xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır. Bu ilin beş ayında valyuta satışının 352,4 mln. dolları may ayının payına düşüb. Bu isə ötən ilin may ayından 16,6% azdır. Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-may ayları ərzində 2 535,5 mln. dollar, may ayında isə 422,7 mln. dollar məbləğində vəsait satılıb. Banker.az
  • Əvvəlki

    Baba Rzayevin vəzifədən qovdurduğu rəis bir gün sonra işə bərpa edildi

Digər xəbərlər

VTB