Manatın dövretmə sürəti azalmaqla tarixi minimuma yaxınlaşır

02.07.2019 Birja
2019-cu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,74 bənd təşkil etməklə 2014-cü ildəki həddə bir qədər də yaxınlaşıb. Həmin dövürdə 3,38 bənd təşkil edirdi.
"Kommersant.az" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu ilin 5-ci ayı üçün açıqladığı statistik bületeninə istinad edir. Manatın dövr etmə sürəti ilin əvvəli ilə müqayisədə 0,36, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,84 bənd azalıb. Ümumiyyətlə dövr etmə sürəti son bir il ərzində göstəricilərə nəzər salsaq 2018-ci ilin iyul ayında 5,89 bəndə qalxdıqdan sonra azalmağa başlayır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. May ayında manatın dövretmə sürətinin azalması dövriyyədə olan manat kütləsinin (M2 aqreqatı) aprel ayı ilə müqayisədə 526,% mln. manat və ya 3,5% artması və aylıq deflyasiyanın 0,4% təşkil etməsidir. Banker.az
  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşdı

Digər xəbərlər

VTB