USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan əhalisi nağd dollar alışını 25% azaldıb

08.07.2019 Bank
0 0
Bu ilin yanvar-may aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 945 975,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 24,4% azdır.

"Kommersant.az" xəbər verir ki, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 10,4% azalaraq 795 993,3 min dollara bərabər olub.

Beləliklə, Azərbaycanda əhalinin nağd dolların satışı alışdan 18,8% çoxdur.

Cari ilin əvvəli ilə müqayisədə isə may ayında dolların alışı 4,3% artaraq 170 757,3 min dollar, satışı isə 42,1% azalaraq 173 384,0 min dollar olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında dolların orta məzənnəsi 1,6997 manat olub.