Dünya bazarlarında neft ucuzlaşıb

14.08.2019 Birja
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,91% azalaraq 1 barelə görə 60,74 dollar təşkil edib.

"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,19% azalaraq 56,42 dollar təşkil edib.