USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti dəyişdi

19.02.2020 Bank
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

"Kommersant.az" xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.