USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Brent" markalı neftin qiyməti cuzi yüksəlib

03.04.2020 Bank
0 0
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

"Kommersant.az" xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 20:00-a olan duruma görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 40% artaraq bir barel üçün 35,99 ABŞ dollarına çatıb.

WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə 9,06% artaraq bir barelə görə 22,15 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, daha əvvəl Tramp Səudiyyə Ərəbistanı və Rusiya ilə danışıqlar apardığını və tərəflərin neft hasilatını sutka ərzində 10 milyon barrelədək ixtisara salacaqlarına ümid etdiyini bildirmişdi. Trampın bu açıqlamasından sonra "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 40% bahalaşma ilə bir barrelə görə 35,99 dollara yüksəlib.