Büdcə 2 milyard manatdan çox artırılır - RƏQƏMLƏR

12.06.2018 Birja
2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat, xərcləri isə 23 milyard 61 milyon manat nəzərdə tutulur.

Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

2018-ci il dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 29,6%-ni təşkil etməklə 22 milyard 110 milyon manat proqnozlaşdırılır. Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mmilyard 593,3 milyon manat və ya 33.9% çoxdur.

Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən 9,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mmilyard 466,5 milyon manat və ya 31,1% çoxdur.

Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9%-inə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5.8 faiz bəndi çoxdur.

2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub

Report