USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manatın məzənnəsi ilə bağlı - AÇIQLAMA

16.06.2020 Bank
0 0
“Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Maliyyə naziri Samir Şərifov manatın məzənnəsi ilə bağlı dolayı yolla bizə - ekspertlərə cavab verərkən israrla deyirdilər ki, Azərbaycanın tədiyyə balansında ciddi müsbət saldo var, ona görə də manat ucuzlaşa bilmız. İndi birinci rübdə artıq kəsr yaranıb, bu rəqəmlər hələ aprel-may aylarını, neftin daha da dəyərdən düşdüyü, iqtisadiyyatın karantin rejiminə girdiyi dönəmi əhatə etmir, yəni, 2-ci rüb daha pis rəqəmlər görəcəyik”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, hökumət iqtisadi kateqoriya olan məzənnə məsələsini siyasi sabitlik simvoluna çevirərək həm iqtisadiyyata, həm də real sektora zərbə vurur: "Daha ötəsi, öz dediklərinin girovuna çevrilib daha da böyük səhvlər edirlər, 2014 cü ildə eyni cür yanaşdılar - nəticədə 1 il 2 aya, yəni 2015-ci ilin fevralına qədər MB 10 mlrd. dolları məzənnəni saxlamaq bəhanəsi göyə sovurdu - nəticədə həm 10 mlrd. dollar itdi, həm də 2015-2016-cı ildə 3 dəfə devalvasiyaya getməyə məcbur qaldı.

Eyni yolla gedirlər, eyni kafa ilə məsələlərə yanaşırlar, ağıllı hökumətlər başqalarının səhvlərindən nəticə çıxardlrlar, bizimkilər heç öz səhvlərindən belə öyrənə bilmirlər..."