USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dolların ucuzlaşması sürətlənib - SON İKİ İLİN MİNİMUMUNDA

24.07.2020 Bank
0 0
Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşmaqda davam edə biləcəyi proqnozları üçün həm texniki, həm də fundamental səbəbləri vardır.

Foreks: Dollar: Son iki ilin minimumu qırılmaq üzrə Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son iki ilin önəmli dəstək səviyyəsini qırmaq üzrədir. Bunun baş verməsi, dolların ucuzlaşması daha da sürətlənə bilər.

Amerikada mart ayında Konqresdə Korona böhranı fonunda qəbul edilən maliyyə yardımı proqramının müddəti iyul ayında bitir və yenisinin qəbul olunması ləngiyir. Yeni iqtisadi proqram Demokratlarla, Respublikaçıları qarşı-qarşıya qoyub. Bununla yanaşı, partiyaların təklif etdikləri iqtisadi proqramın detalları dəqiq bilinməsə Respublikaçıların təklifi 1 trilyon dolları keçir, Demokratların isə maliyyə yardımı paketi isə büdcəni 3 trilyon dollardan çox yükləyəcəkdir. Qəbul ediləcək hər hansı paket ilə bütün hallarda Amerika iqtisadiyyatının zəifləsi ilə bərabər büdcədə defisitin də artması gözlənilir. Bu iqtisadiyyatın vəziyyətini daha da ağırlaşdıracaqdır və beləliklə, dollar təzyiq altındadır.

Amerikada işsizlik müavinətlərinə dair statistik göstəricilər də bu baxımından investorların diqqət mərkəzində olacaqdır. İqtisadiyyatın zəifləməsi ilə bərabər işsizliyin artması, hökümətə qarşı təzyiqləri də artırır və bu, əlavə olaraq iqtisadiyyata yenidən mənfi təsir edir. Bu səbəbdən də işsizliyin artması ilə bağlı statistika, həm Konqresdəki mübarizəni də gücləndirəcək, həm də hakimiyyətdə olan Respublikaçılara qarşı təzyiqi artıracaqdır. Hakimiyyətdən tez bir zamanda razılıq və yeni qanunun qəbul edilməsi tələb edilir.

Təhlilllərə əsasən, EUR/USD məzənnəsində bahalaşma 1.18, GBP/USD məzənnəsində isə bahalaşma 1.28$-a kimi sürətlənə bilər. USD/TRY məzənnəsində də uzun müddət müşahidə edilən trendsizlik mövcuddur.