Bakı Fond Birjasının 2020-ci il büdcəsinə dəyişikliklər edilib

28.07.2020 Birja
“Bakı Fond Birjası” (BFB) QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

BFB-dən bildirilib ki, iclasda qurumun 2019-cu il üzrə maliyyə nəticələri təsdiqlənib, Audit Komitəsi üzvləri arasında dəyişiklik olub, eləcə də gündəliyə uyğun olaraq 2020-ci ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra büdcəyə əlavə və dəyişikliklər edilib.