Brent markalı neftin qiyməti ilə bağlı proqnoz qaldırılıb

12.08.2020 Birja
ABŞ Energetika Nazirliyi, Brent markalı neftin qiyməti ilə bağlı proqnozu qaldırıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq hesabatına görə, 2020-ci ilin ikinci yarısında Brent markalı neftin qiyməti bir barrel üçün 43 dollar, 2021-ci ildə - 50 dollar / barel olacaq.

Bir ay əvvəl EIA, Brent markalı neftin qiymətinin 2020-ci ilin ikinci yarısında 41 dollar, 2021-ci ildə isə 50 dollar / barel olacağını proqnozlaşdırmışdı.