USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 200 dollar bahalaşdı - QİYMƏT

19.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 19-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 85-si bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 244 dollar və ya 3,76% bahalaşaraq 6718 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 147 dollar və ya 2,14% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Factom-də(13,93%), ən çox ucuzlaşma isə Decentraland-də(7,63%) müşahidə olunub.