USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin bahalaşır

21.10.2020 Bank
0 0
Ən geniş yayılmış kriptovalyuta olan bitkoin bu gün Bakı vaxtı ilə saat 10:20-də orta hesabla 4,52 faiz bahalaşaraq 12 268 ABŞ dollarından satılıb.

"Kommersant.az"xəbər verir ki, bu nəticələr 20-dən artıq birjada keçirilən hərracların orta göstəricisidir.

Ən böyük kriptovalyuta birjası olan "Binance"də isə bitkoin 3,98 faiz bahalaşaraq 12 259 ABŞ dollarından satılıb.

Müstəqil ekspert Mansur Hüseynov "RİA Novosti"yə bildirib ki, başqa kriptovalyutalar ucuzlaşmağa gedərkən bitkoin avqust ayındakı maksimum həddə yaxınlaşır: "Bu meylin dayanıqlı olması üçün qiymətlər mövcud səviyyədə sabitləşməlidir. Sonrakı hədəf 13 700 ABŞ dolları səviyyəsidir".

Ekspertlərin qənaətincə, bitkoin gün ərzində 12 893 ABŞ dollarınadək bahalaşaraq qarşıdakı günlərdə də yüksəlməyə davam etməlidir.

Banker