USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bitcoin” tarixi rekordu yenilədi

16.02.2021 Bank
0 0
Ticarət məlumatlarına görə ən populyar kriptovalyuta olan "Bitcoin”in dəyəri yenidən 49,7 min ABŞ dollarını keçib.

"CoinMarketCap" portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə 08:22-də kriptovalyutanın qiyməti 5,43 % artaraq, 49 605 dollara çatıb.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası "Binance"da Bakı vaxtı ilə 08:22-də "Bitcoin" 5,74 % bahalaşaraq, 49 541 dollar olub.

Bir neçə dəqiqə əvvəl bu rəqəm 49 998 dollara qalxmışdı.

Xatırladaq ki, bazar günü "Bitcoin"in qiyməti 49 707 dollara çatıb, lakin sonra dəyəri azalmağa başlayıb. /Oxu.az