USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin 50 min dollar oldu - REKORD BAHALAŞMA

17.02.2021 Bank
0 0
Fevralın 16-si bitcoin 50.000 dollarlıq həddi keçməyi bacardı və Bitstamp birjasında tarixi maksimum qiyməti – 50.662 dollara qədər artdı.

"Kommersant.az" xəbər verir ki, CoinMarketCap.com-a əsasən 16.02.2020 tarixinə kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 8.484 ədəd, ümumi bazar kapitalizasiyası 1.4 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 49.352 dollar, bazar kapitalizasiyası isə 918 milyardla ümumi bazar kapitalizasiyasının 61.4%-ni təşkil edir.

Son günlərdə iri şirkətlər – Tesla, BNY Mellon, Bank Blue Ridge və Mastercard-ın bitcoin ilə işləməyə başlaması və daha bir neçə şirkətin BTC-yə investisiya edəcəyi xəbəri ilk kriptovalyutanın qiymətinin qalxmasına təsir göstərib.