SOCAR İstiqrazları yenidən bahalaşır

03.07.2018 Birja
Qiymət artımının səbəbi əhalinin istiqrazlara tələbatının artmasıdır.

İstiqrazların təkrar bazarı üzrə marketmeykeri “PSG Kapital” şirkətindən "Kommersant"a verilən məlumata görə, hal-hazırda SOCAR İstiqrazlarını birjada 1010,17 dollara satmaq, 1013,50 dollara almaq olar.

Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə, bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır.

SOCAR İstiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarəti edilib.

Əlavə olaraq, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib.

REPO əməliyyatı mexanizmi SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir.

İndiyədək qeyd olunan qiymətli kağızlarla 27 milyon dollardan çox kredit götürülüb.

Nominal dəyəri 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5 faizdir.

Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

  • Əvvəlki

    Ən ucuz xarici tur hansı ölkəyədir - SİYAHI, QİYMƏTLƏR

Digər xəbərlər

VTB