300 dollar bahalaşıb - SON QİYMƏT

01.09.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, 1 sentyabra olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 79-u kəskin bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 60 dollar və ya 0,85% bahalaşaraq 7054 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 306 dollar və ya 4,53% bahalaşıb.