Rubl ucuzlaşdı - YENİ QİYMƏT

02.11.2018 Birja
Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,06 rubl bahalaşaraq 65,65 rubl olub.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri isə 0,16 rubl artaraq 74,58 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 65,72 rubl, 1 avro isə 74,96 rubl təşkil edir.

Nağd alış-satışda isə 1 dollar 66,96 rubl, 1 avro isə 76,26 rubldur.