Bitkoin 33 dollar ucuzlaşdı

08.11.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, 5 noyabra olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 74-ü kəskin ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 33 dollar və ya 0,50% ucuzlaşaraq 6496 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 61 dollar və ya 0,93% bahalaşıb.