USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib

05.12.2018 Bank
0 0
Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il noyabrın 1-nə 63,54%təşkil edib.

"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, sözügedən nisbət 2018-ci il oktyabrın 1-də 62,55%, sentyabrın 1-də isə 63,01% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,46% bəndi, oktyabrda 0,99% bəndi azalıb. Hesabata əsasən dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5% olub.

Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il noyabrın 1-nə 8 140 mln. manat təşkil edib ki, bunun da 5 171,9 mln. manatı xarici valyutada yerləşdirilib.