Dövriyyəyə 100 minlik əsginas buraxdılar

26.02.2019 Maliyyə
Özbəkistanda dövriyyəyə 100 min sum dəyərində əsginas buraxılıb.

Əsginasın üz tərəfində dövlət xadimi, böyük sərkərdə və strateq Əmir Teymurun nəvəsi Mirzə Uluğbəyin portreti, arxa tərəfdə mərkəzdə M.Uluğbəyin rəsədxanası, sağda isə astronomik alət əks edilib.

100 min sum təxminən 12 dollar dəyərindədir. Hazırda ölkədə 500, 1000, 5000, 10000 dəyərində əsginaslar, həmçinin 50, 100 və 200 dəyərində sikkələr dövriyyədədir.