USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkə 19 aydır maaş ödəmir

21.05.2018 İqtisadiyyat
0 0
Vətəndaş müharibəsinin baş verdiyi Yəməndə dövlət qulluqçularının maaşları 19 aydır ödənmir.

"Kommersant.Az" xəbər verir ki, İqtisadi Araşdırma və İnformasiya Mərkəzinin yaydığı hesabata görə, maaşların 19 aydır ödənməməsi 6 milyondan çox insanı həddindən artıq yoxsul vəziyyətə düşməsinə səbəb olub.

Hesabatda, səhiyyə, təhsil və digər təşkilatlarda çalışanlar başda olmaqla 19 aydır maaşlarını almayan işçilərə tezliklə əmək haqlarının ödənilməsi tələb edilib.

Husilərin nəzarətindəki bölgələrdə çalışanların vəziyyətinin çox pis olduğuna diqqət çəkilən hesabatda, qanuni hökumətin nəzarətindəki bölgələrdəki məmurların vəziyyətinin isə nisbətən daha yaxşı olduğu bildirilib.

Hesabatda, "Keçmişdə 95 dollar olan minimum maaş, 45 dollara qədər geriləyib. Digər tərəfdən, maaşların ödənməməsi səbəbindən 6 milyondan çox adam həddindən artıq yoxsul vəziyyətə düşdü. Qanuni hökumət və Husiler, bu insanlıq faciəsinə görə cavabdehdirlər",- İfadəsinə yer verilib.